ış soyuğunu yaşayacağımız günlərdə xəstələnmək istəmirsinizsə, bu bitkiərin faydalarını yaxşıca oxuyun.
İtburnu
Xüsusilə C vitamini ilə zəngindir. Qəbizliyin qarşısını alır və qüvvətvericidir. Şəkər xəstəliyinə qarşı da istifadə olunur.
Bamya çiçəyi
Daxilən sinə yumşaldıcı və eləcə də dəridə olan çibanlar yox edilməsi üçün xeyirlidir. Qəbizliyə qarşı təsirli və zərərsizdir.
Nanə
Xüsusilə əsəb qaynaqlı mədə bulantılarında xeyirlidir.
Razyana
Mədəvi, qaz aparıcı və süd artırıcıdır.
Zəfəran
Xəbərdar edici, iştah açan, qoxu və rəng vericidir. Dəyərli bir ədviyyatdır.
Səhləb
Afrodizyak, qüvvət verici, uşaq ishallarını kəsir.
Böyürtkən
Qəbiz, qüvvət verici, sidik və şəkər xəstəliyinə qarşı istifadə olunur.
Zəncəfil
Yatışdırıcı və qaz çıxarıcıdır.
Zərdəçal
Mədəvi, qaz çıxarıcı və öd artırıcıdır.
Lavanta
Sidik artırıcı, revmatizm ağrılarına qarşı qüvvətli, antiseptik, əsəb və ürək qüvvətləndiricidir.
Çörəkotu
İştah açıcıdır.
Çövən kökü
Müalicədə nadir hallarda istifadə olunur. Xüsusilə darçın halvası hazırlanmasında istifadə olunur. Sidik və bəlğəm çıxarıcıdır.
Dağçayı bitkisi
Xəbərdar edici, iştah açıcı, qaz çıxarıcı və mədə ağrılarında istifadə olunur və təsiri güclüdür.
Dəfnə yarpağı
Tərlədici, antiseptik və mədəvi təsirlərə malikdir.
Bibəriyyə
Daxilən qəbiz, həzm sistemi uyarıcısı, öd artırıcı və sidik çıxarıcı, xaricən isə iltihablı yaraların müalicəsində istifadə olunur.
Şam saqqızı
Tənəffüs və sidik yolları xəstəliyində istifadə olunan təsirli bir antiseptikdir.
Lalə
Yatışdırıcı, öskürək kəsici, sinə yumşaldıcı və xəfif uyuducu təsirlərə malikdir.
Dəvə tikanı
Qaraciyər xəstəliklərinə qarşı və öd olaraq istifadə olunur.
Tut
Meyvələrdən hazırlanan sirop və qarqara halında ağız və boğaz xəstəliklərində istifadə olunur.
Xardal toxumu
Dəriyə qan toplamaq və ağrı kəsmək üçün istifadə olunur.
Kök toxumu
Mədəvi, qaz çıxarıcı, hamiləlik önləyici və cinsi gücü artırıcıdır.
Adaçayı
Qaz çıxarıcı, antiseptik və qüvvət vericidir.
Zoğal
Təsirli və zərərsiz bir ishal kəsicidir.
Cirə
Qaz çıxarıcı, iştah açıcı, süd artırıcı və yuxu vericidir.
Qarğıdalı saçağı
Sidik çıxarıcı və daş düşürücüdür.
Комментариев нет:
Отправить комментарий